İsrail ordusu ilə toqquşmada ölən fələstinlilərin sayı 49-a çatıb, minlərlə yaralı var - YENİLƏNİB

İsrail ordusu ilə toqquşmada ölən fələstinlilərin sayı 49-a çatıb, minlərlə yaralı var  - YENİLƏNİB

DÜNYA

14.05.2018, 16:56

İsrail ordusu ilə toqquşmada ölən fələstinlilərin sayı 49 nəfərə çatıb.

Mia.az xəbər verir ki, hadisələr zamanı minlərlə fələstinli yaralanıb.

*** 
İsrail ordusu ilə toqquşmada ölən fələstinlilərin sayı 37 nəfərə çatıb.
Türkiyənin NTV televiziyası xəbər verir ki, qarşıdurma zamanı 1700 nəfər yaralanıb. 
*** 
15:35
ABŞ-ın İsraildəki səfirliyinin Qüdsə köçürülməsinə qarşı etiraz edən fələstinlilərlə İsrail ordusu arasında baş verən toqquşmalarda 500-dən çox fələstinli yaralanıb, 16 nəfər ölüb.
Bu barədə Qəzzə Səhiyyə Nazirliyinin məlumatında deyilir.
Məlumata görə, onlarla fələstinli güllə yarası alıb. Ümumilikdə isə, bu gün yaralananların sayı 512 nəfər olub.
***
14:45
Qəzza sektorunun inzibati sərhədində fələstinlilərin "Geriqaytarma marşı" və Qüdsdə ABŞ səfirliyinin açılmasına qarşı etiraz aksiyaları keçirilir.
Hazırda Qəzza bölgəsinin İsraillə inzibati sərhəd ərazisində, təqribən, 10 min fələstinli toplaşıb.
Bəzi nümayişçilər hətta sərhəd maneələrini aşmağa çalışıb.
Qeyd olunur ki, iki nəfər ölüb, azı 28 nəfər yaralanıb/Report.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR