Şriftin ölçüsü / 457 dəfə oxunub

Prezident seçkilərində bu məntəqələrin nəticələri ləğv edilib - SİYAHI

15 Aprel 2018 [15:14]
Aprelin 11-də keçirilən prezident seçkilərində bir neçə seçki məntəqəsinin nəticələri ləğv edilib.

"Report”un xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Natiq Məmmədov deyib.

O bildirib ki, 57 saylı Kürdəmir seçki dairəsinin 2 saylı məntəqəsi, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsinin 26 saylı seçki məntəqəsi, 73 saylı Lənkəran şəhər seçki dairəsinin 10 saylı məntəqəsi, 74 saylı Lənkəran kənd seçki dairəsinin 12 saylı məntəqəsinin nəticələri ləğv olunub. Onun sözlərinə görə, bu məntəqələrdə pozuntu halları aşkarlanıb.

N.Məmmədov qeyd edib ki, bundan başqa, 57 saylı Kürdəmir Seçki dairəsinin 2 saylı məntəqəsinin və 73 saylı Lənkəran Şəhər seçki dairəsinin 10 saylı məntəqəsinin tərkibi buraxılıb.


SON XƏBƏRLƏR