"Marsel" və"Zaltsbruq"dan inamlı oyun, "Arsenal"dan çətin bərabərlik... - Avroliqa + VİDEOLAR

img

13-04-2018 [09:00]


Ötən gecə Avropa Liqasında 1/4 final mərhələsinin cavab görüşləri çərçivəsində keçirilən oyunlardan sonra İngiltərənin "Arsenal", İspaniyanın "Atletiko", Fransanın "Marsel" və Avstriyanın "Zaltsburq" komandaları yarımfinala yüksəlib.

Mia.az xəbər verir ki, "Arsenal" Moskvanın OİK komandasına məğlubiuyyətdən son anda qurtulub. Belə ki, oyunun 90+2-ci dəqiqəsində Remsi bərabərlik qolunu vurub - 2:2.

"Arsenal” ilk oyunda 4-1 qazandığından  növbəti mərhələyə çıxıb.

"Zaltsburq” (Avstriya) evində möhtəşəm oyunla İtaliyanın məşhur "Latsio" komandasına ilk oyundakı 2-4 hesablı məğlubiyyətin əvəzini çıxıb. Belə ki, "Zaltsbruq" oyunu 4-1 qazanıb.

"Sportinq” (Portuqaliya) evində "Atletiko” (İspaniya) klubunu 1:0 udsa da, ilk oyundakı 2-0-lıq məğlubiyyəti yolunu davam etdirməsinə imkan verməyib.

"Marsel” də Almaniyanın sürpriz komandası "Leyptsiq”ə aman verməyib - 4:2.

Onu da  qeyd edək ki, yarımfinal mərhələsinin püşkü bu gün atılacaq.





Digər xəbərlər
SON XƏBƏRLƏR