Ərdoğan xəbərdarlıq etdi, rəsmi Bağdadın verdiyi 10 gün müddət bitdi - PKK Sincardan çəkilir

img

23-03-2018 [18:57]


İraqın Mosul vilayətinə bağlı olan Sincarda PKK terror qruplaşması Türkiyənin ultimatumundan sonra geri çəkilməyə başlayıb.

Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı Mosulun yerli məclisi təsdiqləyib.

Xatırladaq ki, rəsmi Ankara İraq mərkəzi hökumətinə PKK-nın bu bölgədən çıxarılmasını və zərərsizləşdirilməsini tələb etmişdi. Hətta Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan apreldə İraqda keçiriləcək seçkidən sonra Sincarda hərbi əməliyyata başlayacaqlarını da açıqlamışdı. Bundan sonra, daha dəqiqi, martən 11-də İraq hökuməti Mosulun yerli məclisi ilə birlikdə toplantı keçirib, PKK-ya Sincardan çəkilməsi üçün 10 gü vaxt vermişdi.

Həmin toplantıdan sonra Mosul məclisinin sədri Beşir Kiki açıqlama verərək belə demişdi: "Sincarda dövlət binalarını əlində saxlayan və bununla da idarəetməni iflic vəziyyətinə gətirən PKK-ya buranı tərk etməsi üçün 10 gün vaxt verdik. PKK-nın bu rayonda qalması mümkün deyil. Onlara görə məmurlar da vəzifələrini icra edə bilmirlər. PKK ilə bağlı Mosul məclisinin və İraq hökumətinin mövqeyi qətidir. Təkrar edirəm, PKK-nın buradan çıxması lazımdır. Bunun üçün iş başındayıq və bütün addımları atmalıyıq".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq