Tələbələr və müəllimlərə görə cərimələr qüvvəyə mindi - Prezident təsdiqlədi

img

21-03-2018 [16:44]


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə razılaşdırmadan, dini tədris müəssisələri tələbələrinin və müəllimlərinin, habelə din mütəxəssislərinin mübadiləsinə görə cərimələr tətbiq olunacaq.

Bu, Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə qüvvəyə minən "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanunda əksini tapıb.

Dövlət Komitəsi ilə razılaşdırmadan, dini tədris müəssisələri tələbələrinin və müəllimlərinin, habelə din mütəxəssislərinin mübadiləsinə görə vətəndaşlar iki min manatdan iki min beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz min manatdan doqquz min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə ediləcək, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilməklə Azərbaycan hüdudlarından kənara inzibati qaydada çıxarılacaq.

İndiyə qədər bu cərimələr yalnız müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmadan vətəndaşların dini təhsil müəssisələrində təhsil almaq üçün xaricə göndərilməsinə, din xadimlərinin mübadiləsinə görə tətbiq edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı