Polad Bülbüloğlu Rusiya XİN-nə çağırıldı – “Skripal işi”nə görə (VİDEO)

img

21-03-2018 [16:34]


Rusiyada akkreditasiya olan diplomatik nümayəndəliklərin rəhbərləri Rusiya XİN-nə dəvət olunub.

Səfirlərin iştirak etdiyi görüşdə Böyük Britaniyada, Solsberi şəhərində Sergey Skripal və onun qızının zəhərlənməsi ilə bağlı vəziyyət müzakirə olunur.

Xatırladaq ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova ötən gün bildirmişdi ki, bütün xarici ölkələrin səfirləri keçiriləcək görüşə dəvət olunub.

Böyük Britaniyanın Rusiyadakı səfiri bu görüşə gəlməkdən imtina edib. Rusiyanın Birinci telekanalının görüşlə bağlı yaydığı görüntülərdə Azərbaycan səfirinin görüşə gəldiyi görünür.

Qeyd edək ki, martın 5-də Britaniya xüsusi xidmətlərinə casusluqda günahlandırılan və hazırda İngiltərədə yaşayan Sergey Skripal Solsberi şəhərində ticarət mərkəzində naməlum maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Məlum hadisədən sonra iki ölkə arasında münasibətlər pozulub. Britaniya rəhbərliyi 23 Rusiya diplomatının ölkədən çıxarılmasına qərar verib.




Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı