Kemal Kurnaz "31 Mart soyqırımı"ndan danışdı: "...on minlərlə azərbaycanlı qətlə yetirilib"

img

19-03-2018 [17:01]


Mia.az "EkoAvrasya"nın sədr müavini Kemal Kurnazın "31 Mart soyqırımı" haqda müsahibəsini təqdim edir:

- Bu il 31 mart – Azərbaycanlıların Soyqırımı gününün yüz illiyi tamam olur. Bu haqda nə deyə bilərsiz?

- Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir desək, yerinə düşərdi. Əslində, 1918-20-ci illərdə nə baş verdiyi hamıya məlumdur. Tarix odur ki, 1918-ci ilin martın sonlarında Bakıda, aprel-may aylarında Azərbaycanın bir çox bölgələrində, hətta Güney Azərbaycanda on minlərlə azərbaycanlı qətlə yetirilib. Bu, tarixi bir faktdır. Bununla bağlı kifayət qədər sübutlar var. Amma tarixdə baş verən heç bir hadisədə nöqtə qoyulmur.

- 31 mart – Azərbaycanlıların Soyqırımı Gününün dünyaya çatdırılması haqqında sizcə - hansı addımlar atılmalıdır?

- Bizlər, Türkiyə Cümhuriyyəti olaraq qardaş xalqın acılarında və sevinclərində daima yanında olmuşuq və hər zaman yanındayıq. Amma bu tarixi faktlar istər bizlər və istərsə də, sizlər tərəfindən bütün dünyaya hər zaman yüksək səslə çatdırılmalıdır. Bunun üçün başlıca olaraq, sizlərin də, bizlərin də dərsliklərimizdə bu tarixi həqiqətlər öz yerini her daim almalıdır.  Övladlarımıza erkən yaşlarından əsrlər boyu Türklərin başına gətirilən müsibətlər hər zaman ətraflı şəkildə anladılmalı və eyni zamanda, qəhrəmanlıq tariximiz unudulmamalıdır. Bir sözlə, soyqırımla bağlı həqiqətlər bütün dünyaya çatdırılmalıdır.

- Ermənilərin illər boyu "Böyük Ermənistan" yaratmaq xülyasını necə qiymətləndirirsiniz?

- Erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirirdilər.

Hətda bütün dünyada azərbaycanlıların mənfi obrazını formalaşdırmaq cəhdləri danılmazdır. Bunun üçün daima "yazıq, məzlum erməni xalq"ı surətini yaradaraq bütün dünyanın diqqətini özlərinə cəlb etmək istəmiş ve bununla bərabər, əsrin əvvəllərində regionda baş verən hadisələr şüurlu surətdə təhrif olunurdu ve beləcə, azərbaycanlılara qarşı soyqırımlar törədənlər soyqırım qurbanları kimi qələmə verilirdi. Saxtalaşdırılmış erməni tarixi gənc ermənilərin şovinist ruhunda böyüməsinə zəmin yaratmaq üçün dövlət siyasəti səviyyəsinə qaldırılırdı.

Tarix təsdiq edir ki, ermənilərin Qafqazda törətdikləri qırğınlar və soyqırımı aktları bir fakta əsaslanır. Onlar isteyi yalnız nəyin bahasına olursa-olsun Azərbaycan torpaqlarında məskunlaşmaq idi. Bu mənfur niyyəti reallaşdırmağın yolu isə azərbaycanlıların kütləvi soyqırımından başlayırdı.

Lakin Azərbaycan Cümhuriyyəti müstəqillik əldə etdikdən sonra Azərbaycan xalqı tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə etdi. İllər boyunca gizli saxlanılan həqiqətlər açıldı, təhrif edilən  hadisələr əsil dəyərini aldı. Ümummilli lider Heydər Əliyev 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 mart Azərbaycanlıların Soyqırım günü elan olundu. Beləliklə, Azərbaycan tarixində erməni məsələsinə münasibətdə yeni strategiya müəyyənləşdi. Bu, həm də Azərbaycan xalqının əsrlər boyu üzləşdiyi mərhumiyyətlərə Ulu Öndəri Heydər Əliyev olan dövlətin verdiyi əsil tarixi qiymət idi.

Həqiqət hər zaman öz yerini tapır! 

- Əslində, soyqırımı faktının yalnız Türkiyə və Azərbaycanda deyil, bu il yüz illiyi ərəfəsində dünyanın bir sıra ölkələrində, xüsusən iri dövlətlərdə tanınması üçün nələr edilməlidir?

- Qeyd etməliyəm ki, bu gün dünyada baş verən hadisələrə münasibət haqq-ədalət üzərində qurulmayıb ki! Siyasi maraqlar üzərindədir. Elə bu  maraqlardan biri "erməni soyqırımı” ilə bağlıdır. Eləcə də, 1915-ci ilin aprelin 24-də heç nə olmayıb, əslində. Lakin siyasi maraqları təmin etmək üçün bu gün "erməni soyqırımı”nı qəbul etmək tələb olunur. Təbii ki, 1918-ci ildə azərbaycanlılara qarşı törədilən soyqırımı təkcə iki dövlətin deyil, digər dövlətlərin də tanıması ve xatırlaması üçün bizlər də qardaş dövlət olaraq, əlimizdən nə gəlirsə, onu da etməliyik.

Ülkər Piriyeva,

Ankara

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq