Amerika Rusiyanın T-72 tankı ilə hərbi maşınını vurdu: azı 40 əsgər öldü - Moskva hansı addımı atacaq?+ VİDEO

img

14-02-2018 [14:06]


ABŞ PYD-nin işğalında olan Suriyanın Deyrizor şəhərində Rusiya əsgərlərini bombalayıb.

Mia.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ qırıcıları Rusiay ordusuna məxsus olan tankları vurub və nəticədə 40 rus əsgəri həlak olub: "Rusiyanən T-72 markalı tanklarının vurulması nəticəsində ən azı 40 rus əsgəri ölüb".

Rusiya mətbuatı bombalanan əsgərlərin bəzilərinin adlarını açıqlayıb: "ABŞ-ın bombalayaraq öldürdüyü əsgərlərin arasında Vladimir Loqinov, Kirill Ananyev, Iqor Kosoturov, Stanislav Matveyev, Aleksey Ladyqin də olub".

ABŞ liderliyindəki beynəlxalq  koalisiya isə Deyrizorda Əsəd regimi və Hizbullaha qarşı keçirdiyi əməliyyatın videosunu yayıb. Bildirilib ki, bu bobalama ABŞ-ın dəstək verdiyi PYD-ni qorumaq üçün həyata keçirilib. 

Lakin Pentaqon tərəfindən yayılan görüntüdə Rusiya istehsallı T-72 markalı tanklar və digər hərbi maşınların yerlə bir edildiyi açıq görünür.

Onu da qeyd edək ki, faktla bağlı Rusiya XİN bəyanat yayıb. Bəyanatda rus əsgərlərinin vurulmasına toxunulmasa da, ABŞ-ın Suriya rejiminə aid konvoyu bombalamasının qəbuledilməz olduğu bildirilib.

Mia.az



Digər xəbərlər
SON XƏBƏRLƏR