Elman Rüstəmov xalqa çağırış etdi: "Olduqca diqqətli olun"

img

12-02-2018 [12:34]


Mərkəzi Bankın sədri Elman Rüstəmov Azərbaycan əhalisini kriptovalyuta almaqda ehtiyatlı olmağa çağırıb.

Mia.az xəbər verir ki, baş bankirqeyd edib ki, ilin əvvəlində bu istiqamətdə qiymətləndirmələr aparılıb:

"Bu sahədə qərarlar sərtləşdi. Davos forumunda bu istiqamətdə müzakirələr oldu. Ona görə də əhali bunu almaq istəyərkən olduqca diqqətli olmalıdır".

Qeyd edək ki, son aylar məşhur kriptovalyuta sayılan "bitcoin"ə təlabatın artması ilə bağlı məlumatlar yayılırdı.



Digər xəbərlər
SON XƏBƏRLƏR