Şriftin ölçüsü / 1520 dəfə oxunub

“Lider”də Dövlət Yol Polisinə sual - “Bu pullar hara gedir?”+ Video

09 Yanvar 2018 [19:07]

"Lider” telekanalının efirində yayımlanan "Status” proqramında yol polisinin hərəkətləri kəskin tənqid olunub.

Mia.az Virtualaz.org-a istinadən xəbər verir ki, proqramın həmin buraxılışı Bakının küçələrindən tələb olunan qaydada dayanmayan avtomobilləri aparan evakuator xidmətinin işinə həsr edilib.

Bakı Şəhər Yol Polisi İdarəsi mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Əsədovun iştirak etdiyi verilişdə qonaqlardan biri bildirib ki, Hesablama Palatasının məlumatlarına əsasən, evakuator xidmətinin fəaliyyəti nəticəsində 2016-cı ildə ölkənin büdcəsinə cəmi 42 080 manat vəsait keçirilib.

Bu məbləğ yalnız 2100 avtomobil sahibinin ödədikləridir. Halbuki Bakıda bir il ərzində evakuatorla aparılan avtomobillərin sayı on və yüz minlərlə hesablanır. Qonaqlar soruşublar ki, həmin avtomobil sahiblərinin ödədiyi cərimələr hara gedir? Məsələ ondadır ki, evakuator xidməti üçün tələb olunan 20 manat cəriməni nağdsız formada ödəmək mümkün deyil.

Dövlət Yol Polisinə təklif edilib ki, avtomobillərin təxliyəsindən imtina olunsun və səhv dayanma üçün cərimə-bildiriş sadəcə avtomobillərin şüşəsinə qoyulsun. Bununla da cərimələrdən toplanan bütün vəsait ölkənin büdcəsinə keçərdi.

DYP mətbuat xidmətinin başçısı Vaqif Əsədov isə buna cavab olaraq deyib ki, Bakı sakinləri hələ o şüurda deyillər ki, yol polisi avtomobillərin təxliyəsindən tamamilə imtina etsin.



SON XƏBƏRLƏR