Şriftin ölçüsü / 486 dəfə oxunub

Məleykə Əsədova və Ramiz Məlik davası haqqında məhkəmə qərarı - Hər iki tərəfə yox

08 Yanvar 2018 [14:40]
Bu gün Nəsimi Rayon Məhkəməsində xalq artisti Məleykə Əsədovanın xalq artisti Ramiz Məlikə qarşı və qarşı tərəfin ona qarşı iddiası üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Natavan Tağıyevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, hər iki iddia təmin edilməyib.

Qeyd edək ki, M.Əsədova həmkarı R.Məlikin onun şərəf və ləyaqətini təhqir etdiyini iddia edib. O, məhkəməyə müraciət edərək həmkarından 200 min manat məbləğində təzminat istəyib.

R.Məlikin vəkili Türkel Süleymanlı məhkəmədə qarşılıqlı iddia qaldırıb. O, M.Əsədovanın müvəkkilini təhqir etdiyini və buna görə 300 min manatlıq iddia qaldırdıqlarını söyləyib. Mülki iddia icraata qəbul edilib/olke.az.




SON XƏBƏRLƏR