13 saylı həbsxanada məhkum niyə öldü? - Prokurorluq araşdırır

img

13-12-2017 [20:09]


Bakıda cəzaçəkmə müəssisəsində ölüm olub.

Penitensiar Xidmətin Qaradağ rayonunda yerləşən 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Mürsəlov Fərhad Zeynal oğlu dünyasını dəyişib.

Faktla bağlı Qaradağ rayon Prokurorluğunun əməkdaşları araşdırma aparır. 

Ədliyyə Nazirliyi Penitensiar Xidməti 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkumun ölümünə münasibət bildirib.

Penitensiar Xidmətin Tibb Baş İdarəsindən APA-ya verilən məlumata görə, məhkum Mürsəlov Fərhad Zeynal oğlu ürək çatışmazlığından ölüb. Bununla bağlı həkim rəyinin olduğu açıqlanıb.

Penitensiar Xidmətdən bildirilib ki, məhkumun ölümündə müəssisə əməkdaşının rolunun olması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Digər xəbərlər
SON XƏBƏRLƏR