"Yalvarırdı ki, məni ölməyə qoyma..." - Tanınmış aktyora ağır itki üz verdi

img

13-12-2017 [12:03]


Bakı Uşaq Teatrının direktoru, tanınmış aktyor İntiqam Soltanın bacısı dünyasını dəyişib.

Yenicag.az-a açıqlama verən İ.Soltan bacısının xərçəng xəstəliyindən vəfat etdiyini deyib:

"Həkimlər nə qədər çalışsa da, onu xilas edə bilmədilər. Zəng edib yalvarırdı ki, məni ölməyə qoyma. Mənə ən ağır təsir edən o oldu… Arzuları vardı. Hamısını özüylə o dünyaya apardı. Qardaş üçün bacı itkisi çox ağırdır, daşıya bilməyəcəm bu yükü. Naxçıvanda torpağa tapşırdıq. Sabah orda üç mərasimi keçiriləcək”.

Allah rəhmət etsin!

Digər xəbərlər
SON XƏBƏRLƏR