Şriftin ölçüsü / 97 dəfə oxunub

“Ermənilərin biabırçı hərəkətləri YUNESKO-da pislənildi" - Əbülfəs Qarayev

07 Dekabr 2017 [22:15]
"Ermənilərin YUNESKO-da irəli sürdüyü təkliflərin böyük əksəriyyəti dəf olundu, onların biabırçı hərəkətləri pislənildi".

Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dolma hazırlama və paylaşma ənənəsinin və kamança hazırlanması və ifaçılıq sənətinin YUNESKO-nun Qeyri-maddi mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilməsini şərh edərkən deyib. Nazir qeyd edib ki, regionda bir-birinə bağlı məsələlər çoxdur:

""Köçəri" rəqsi məsələsi ilə bağlı demək istərdim ki, türk dilində olan "köçəri” sözü bir yerdən başqa yerə köçmək mənasındadır. Biz növbəti toplantı üçün Azərbaycan xalqına və bütün bölgəyə aid olan rəqslərin faylını təqdim etmişik. Düşünürəm ki, bu da uğurla nəticələnəcək. Görün, nə qədər gözəl silsilə əmələ gəlir: muğam, tar və kamança YUNESKO-nun siyahısında daxil edilib. Bütün bunlara görə ölkəmizin birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkürümüzü bildirməliyik. Çünki Mehriban xanımın YUNESKO səviyyəsində gördüyü böyük işlər göz qabağındadır".  

APA


SON XƏBƏRLƏR
23:36 15.12.2017
Ordu, yoxsa qələm?
10:01 15.12.2017
Şəhidimiz dəfn edildi