Şriftin ölçüsü / 78 dəfə oxunub

Mərkəzi Bankın valyuta ehtiyatları bu il 32% artıb

06 Dekabr 2017 [15:05]

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatların həcmi açıqlanıb.

AMB-dən Mia.az-a verilən məlumata görə, Mərkəzi Bankın valyuta ehtiyatları 2017-ci il dekabr ayının 1-nə 5 mlrd. 254,2 mln. dollar təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 mlrd. 243,2 mln. dollar və ya 30,99% çoxdur.

Noyabr ayı ərzində isə Mərkəzi Bankın valyuta ehtiyatları 53,5 mln. dollar və ya 1,02% artıb.

Cari ilin əvvəlindən artım 1 mlrd. 279,8 mln. dollar və ya 32,2% olub.




SON XƏBƏRLƏR
23:36 15.12.2017
Ordu, yoxsa qələm?
10:01 15.12.2017
Şəhidimiz dəfn edildi