Şriftin ölçüsü / 596 dəfə oxunub

Saakaşvili evində axtarış aparan polisə qəzəbləndi, binanın damına çıxdı: Saxlanıldı VİDEO

05 Dekabr 2017 [11:51]
Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili Ukraynda evində axtarış aparan polisə etiraz olaraq yaşayış binasının damına çıxıb.

Mia.az Ukrayna mediasına istinadən xəbər verir ki, o, axtarış dayanmazsa, intihar edəcəyini bəyan edib. 

Hazırda polis Saakaşvilinin Kiyevdə Kostelnaya, 7 ünvanındakı 32 nömrəli mənzilində axtarış aparır.

Saakaşvili hakimiyyətin əleyhinə sərt bəyanatlar səsləndirib. O, xalqı rejimə qarşı mübarizəyə çağırıb.

Tərəfdarları isə "Mişa, Mişa, biz səninləyik" şüarları səsləndirərək, onu intihar fikirindən daşındırmağa çalışır.

Əraziyə təhlükəsizik qüvvələri gətirilib. Lakin onlar hələ ki hadisəyə müdaxilə etməyiblər...

***

Son məlumata görə, Ukraynada "Yeni Qüvvələrin Hərəkatı” partiyasının lideri Mixail Saakaşvili hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Mia.az




SON XƏBƏRLƏR