Şriftin ölçüsü / 431 dəfə oxunub

Saakaşvilinin xanımı Bakıya gəlir – Kitab təqdimatına

28 Noyabr 2017 [20:27]
Gürcüstanın eks-prezidenti, Odessanın keçmiş qubernatoru Mixail Saakaşvilinin xanımı Sandra Rulofs Bakıya gələcək.

Bu barədə Modern.az-a Milli Fikir Mərkəzinin (MFM) sədri Şəhriyar Məcidzadə bildirib. 

Onun sözlərinə görə, Sandra Rulofs dekabrın 9-da Bakıya gələcək. Səfər çərçivəsində Sandra Rulofs ilk olaraq Fəxri Xiyabanı ziyarət edəcək. 

Dekabrın 10-da isə Saakaşvilinin xanımının Bakıda "Bir idealistin hekayəsi” kitabının Azərbaycan dilinə tərcümə olunmuş variantının təqdimatı keçiriləcək. 

Kitabı Azərbaycan dilinə Milli Fikir Mərkəzi tərcümə edib.


SON XƏBƏRLƏR