Şriftin ölçüsü / 2081 dəfə oxunub

Brüsseldə Qarabağla bağlı mühüm bəyannamə qəbul olundu: Əliyev sammitdə erməni prezidenti ittiham etdi, Sərkisiyansa...

24 Noyabr 2017 [20:21]

Bu gün Avropa İttifaqının Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammitində Birgə Bəyannamə qəbul edilib.

Mia.az xəbər verir ki, Ermənistan nümayəndə heyətinin çoxsaylı cəhdlərinə baxmayaraq, Birgə Bəyannamədə Şərq Tərəfdaşlığının bütün dövlətlərinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi birmənalı olaraq bir daha dəstəklənib.

Xüsusi vurğulanmalıdır ki, Birgə Bəyannamədə Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik Qlobal Strategiyasına istinad edilib.

Xatırladaq ki, bu Qlobal Strategiyada Avropa İttifaqının üzv və qonşu dövlətlərinin ərazi bütövlüyü beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində qeyd edilib.

Birgə Bəyannamənin digər bəndində Şərq Tərəfdaşlığı ölkələrinin ərazilərində baş verən bütün münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunması vurğulanıb.

Ermənistan tərəfinin bu bəndə onun işğalçı maraqlarına cavab verən maddələrin əlavə edilməsi cəhdləri puça çıxıb. Birgə Bəyannamədə Azərbaycan Respublikasının fəal iştirakı ilə həyata keçirilən nəqliyyat və enerji layihələrinə xüsusi dəstək qeyd edilib, təşəbbüskarı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev olan "Cənub Qaz Dəhlizi” layihəsinin Avropa İttifaqı üçün strateji əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Sənəddə Azərbaycan Respublikasının iştirakı ilə Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələri ilə həyata keçirilən ikitərəfli və çoxtərəfli layihələrə xüsusi diqqət yetirilib. Gələcək illər üçün Şərq Tərəfdaşlığı ölkələri ilə həyata keçiriləcək birgə əməkdaşlıq istiqamətləri sırasında Azərbaycan Respublikasının Avropa İttifaqı ilə vizasız gediş-gəliş sənədlərinin işlənməsi xüsusi yer alıb. Həmçinin sənəddə Azərbaycanın iştirak etdiyi digər beynəlxalq əməkdaşlıq sahələri də qeyd edilib.

Bir sıra mütəxəssislərin fikrincə, Brüssel Sammitində qəbul edilən Birgə Bəyannamə mahiyyətinə görə beynəlxalq hüquqa əsaslanan və strateji əhəmiyyət daşıyan sənəd kimi qiymətləndirilməlidir.

Onu da qeyd edək ki, sənəd imzalanmazdan əvvəl Azərbaycan prezidenti mərasimdə erməni prezidenti fakt qarşısında qoyan bəyanat verib.

Mia.az "Turan"a istinadən xəbər verir ki, Azərbaycan prezidenti İham Əliyev Sərkisyanın üzünə bəyanat səsləndirərək, erməni prezidentini BMT qətnamələrinə əməl etmədiyini deyib. 

Əliyev Ermənistanı münaqişəni həll etmək istəməməkdə, status-kvonu saxlamaq cəhdlərində, BMT TŞ-nin Ermənistan qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən qətnamələrinə məhəl qoymamaqda ittiham edib.

Serj Sərkisyan isə utanmadan BMT-nin işğal olunmuş torpaqlarımızn boşaldılmasından, ümumiyyətə, Azərbaycanın ərazi bütövlüyündən bəhs edən 4 qətnaməsini tamami ilə danıb. Deyib ki, "Təhlükəsizlik Şurasının qətnamələri ancaq döyüş əməliyyatlarının dayandırılması ilə bağlı olub".

Mia.az


SON XƏBƏRLƏR
23:36 15.12.2017
Ordu, yoxsa qələm?
10:01 15.12.2017
Şəhidimiz dəfn edildi