"Penaltinin olub-olmadığını deyə bilmərəm" - Çelsi"nin baş məşqçisi

img

22-11-2017 [23:39]


Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ”ın qonağı olan London klubu 4:0 hesablı qələbə qazanıb.

Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında "Çelsi"nin italiyalı baş məşqçisi Konte deyib ki, növbəti mərhələyə vəsiqə qazanıblar: ""Atletiko” ilə görüşün həlledici olmasının qarşısını aldıq".

- Qırmızı vərəqə və penalti qərarları haqda nə deyə bilərsiz?

- Mənə görə, həmin vəziyyətlər haqda danışmaq çətindir. Çünki mən texniki zonada oluram və ordan məsafə uzaqdır. Gördüyümə əsasən, penaltinin olub-olmadığını deyə bilmərəm. Sadəcə, onu deyim ki, hakim öz işini görməli, heç bir komandanın lehinə tərəf tutmamalıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR