Çempionlar Liqası: “Qarabağ” “Çelsi”yə yenə böyük hesabla uduzdu - VİDEO

img

22-11-2017 [22:40]


Bu gün Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ” öz meydanında "Çelsi”ni qəbul edir. 

Mia.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda Bakı vaxtı ilə 21.00-da başlayan oyunda hakim 21-ci dəqiqədə "Qarabağ"ın kapitanı Rəşad Sadıqovu meydandan qovaraq, qapımıza şübhəli penalti təyin edib. Qonaqlar penaltini dəqiq yerinə yetirib - 0:1.

Bu qoldan 15 dəqiqə sonra isə qapımıza daha qol vurulub - 0:2

Oyunun 2-ci hissəsində də iki qo vuran "Çelsi" bununla da 0-4 hesabı ilə qələbə qazanıb.

"Qarabağ" qrupdakı son oyununu səfərdə "Roma"ya qarşı keçirəcək.

Onu da qeyd edək ki, qrupdakı digər oyunda  "Atletiko” (İspaniya) "Roma”nı (İtaliya) qəbul edəcək. Bu oyun isə 23.45-də başlayacaq.

  

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR