Prezidentin köməkçisi: "Azərbaycan ABŞ-la daim dostluq münasibətlərinə doğru irəliləyib"

img

20-11-2017 [11:22]


Azərbaycan gələcəkdə Amerika Birləşmiş Ştatları (ABŞ) ilə parlaq əməkdaşlığa ümid edir.

Bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov "Vaşinqton Tayms" qəzetində dərc olunmuş məqaləsində deyib.

N.Məmmədov bildirib ki, Azərbaycan artıq uzun müddətdir ki, ABŞ-ın tərəfdaşıdır.

Prezident köməkçisi vurğulayıb: "Müstəqilliyimizi əldə etdiyimiz andan 26 il ərzində Azərbaycan ABŞ-la daim dostluq münasibətlərinə doğru irəliləyib".

N.Məmmədov qeyd edib ki, ikitərəfli münasibətlər qarşılıqlı hörmət və bir neçə əsas faydalı sahələrin üzərində möhkəmlənib/Trend. 

Digər xəbərlər
SON XƏBƏRLƏR