Şriftin ölçüsü / 136 dəfə oxunub

MTRŞ müsabiqə elan edib - Yeni televiziya kanalı yaradılır

14 Noyabr 2017 [16:35]
Bu gün Milli Telelviziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib.

MTRŞ-dan verilən xəbərə görə, iclasda xəbər televiziya kanalının yaradılması barədə müzakirələr aparılıb və ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə Bakı və Abşеrоn ərazisində 31-ci tеzlik rеsursuna 16 noyabr 2017-ci il tarixdən 16 dekabr 2017-ci il tarixədək müsabiqə elan edilib.

İclasda həmçinin Dalğa TV-nin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılmış və ona peyk yayımı üçün müddətsiz lisenziya verilməsi barədə qərar qəbul edilib.



SON XƏBƏRLƏR