Fazil Məmmədov I vitse-prezidenti vəzifədən azad edib - Federasiyada dəyişiklik

img

24-10-2017 [10:51]


Azərbaycan Güləş Federasiyasının (AGF) rəhbərliyində kadr dəyişikliyi aparılıb. 

AGF-dən apasport.az saytına verilən məlumata görə, qurumun prezidenti Fazil Məmmədovun müvafiq əmri ilə I vitse-prezident Namiq Əliyev tutduğu vəzifədən azad edilib.
 
Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti vəzifəsinin icrası müvəqqəti olaraq Sahib Ələkbərova həvalə edilib. 
 
Qeyd edək ki, Ələkbərov Azərbaycan Velosiped Federasiyasında da eyni postu tutur. 

Digər xəbərlər
SON XƏBƏRLƏR