Türkiyə Azərbaycanın “Silk Way” aviaşirkətinə qadağa qoydu – Hava məkanımızdan istifadə edə bilməz

img

19-10-2017 [13:56]


Türkiyə Milli Təhlükəsizlik Şurasında qəbul olunan qərar əsasında Şimali İraq ərazisinə tətbiq olunacaq uçuş qadağası üçün Azərbaycana xəbərdarlıq sənədi göndərib.

Sənəddə bildirirlir ki, humanitar yardım, təcili tibbi yardım maşını və təcili uçuşlar istisna olmaqla, ORSU (Süleymaniyyə) və ORER (Ərbil) Hava Limanlarına gedən və gələn bütün təyyara şirkətlərinin (ehtiyat olsa belə) ikinci bir qərara qədər Türkiyə hava məkanından istifadə etmələri qadağan olunub.

Qeyd edək ki, qadağa Türkiyənin hava məkanından istifadə edən 9 xarici hava yolu şirkətinə tətbiq edilib.

Türk hava sahəsini istifadə edərək Ərbil və Süleymaniyyəyə gedən hava yolu şirkətləri bunlardır:

Germania Airlines (Almaniya), Lufthansa Airlines (Almaniya), Yanair (Ukrayna), Austria Airlines (Avstriya), Qatar Airlines (Qətər), Silkway Airlines (Azərbaycan), Ascot Air Transport (İngiltərə), Reach American Askeri Hava Taşımacılık (ABŞ), Samara Airlines (Rusiya).

Xatırladaq ki, Türkiyə 29 sentyabr saat 18:00-dan Ərbil və Süleymaniyyə uçuşları dayandırıb.
unikal.org



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı