Azərbaycanda milli elektron valyuta yaradılır - Azcoin

img

17-10-2017 [12:53]


Azərbaycanın milli kroptovalyutası yaradılır.

Yeni valyuta növü bu il sentyabrın 30-dan etibarən təqdim olunacaq. azcoin.az adlı saytda bu haqda qısa məlumat verilib və "Azərbaycanda ilk kriptovalyuta - Azcoin" yazılıb. Daha sonra qeyd edilib: "Qloballaşan dünyada insanların rifahının yaxşılaşdırılması, yeni zamana sərhədsiz və məhdudiyyətsiz daxil olmaq, məişət sahəsində həyata keçirilən əməliyyatların sürətləndirilməsi, lokal və qlobal səviyyədə elektron, simsiz və optik şəbəkələrlə hiper mübadilələr etmək”.

Azcoin adlı milli kriptovalyutanın yaradılması prosesinə start verildiyini deməyə əsas verən qeydlər isə bunlardı: "Digər kriptovalyutalardan fərqli olaraq, AzCoin(AzKoin) Azərbaycan dövlətçiliyinə, onun inkişafına xidmət etmək və xalqımızın qloballaşan rəqəmsal dünyaya inteqrasiyasını təmin etmək üçün yaradılır".

musavat.com

Digər xəbərlər
SON XƏBƏRLƏR