Zaqatala meşəsində baş verən yanğın lokallaşdırılıb - Nazirlikdən son məlumat

img

24-09-2017 [23:01]


24 sentyabr 2017-ci il tarixində axşam saat 18-10 radələrində Zaqatala Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Tala meşəbəyliyinin 3 saylı dolayının yüksək dağlıq ərazisində baş verən yanğın Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşlarının ciddi səyləri nəticəsində artıq lokallaşdırılıb.

Mia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, yanğın yüksək dağlıq ərazidə baş verdiyindən yanğınsöndürən maşınların həmin sahəyə qalxması mümkün olmayıb: "Yanğının söndürülməsində yalnız əl əməyindən istifadə edilib. Yanğın nəticəsində quru ot örtüyü və kol-kos yanıb".

 Hazırda yanğının tam söndürülməsi istiqamətində operativ tədbirlər görülür.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı