Almaniyada seçki: Merkelin partiyası qalib gəldi

img

24-09-2017 [21:04]


Almaniyada sentyabrın 24-də keçirilmiş parlament seçkisinin ilk nəticələri məlum olub.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ekzit-polların nəticələrinə əsasən, seçkilərdə hakim Xristian Demokrat İttifaqı/Xristian Sosialist İttifaqı qalib gəlir. 

Angela Merkelin rəhbərlik etdiyi alyans 32,5% səs toplayıb. 

İkinci yerdə Sosial Demokrat Partiyası (20%), ücüncü yerdə isə Almaniya üçün Alternativ Partiyası qərarlaşıb (13,5%).
 
Beləliklə, böyük ehtimalla Angela Merkel kansler postunu qoruyub saxlayacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq