Şriftin ölçüsü / 208 dəfə oxunub

“Tramp üzr istəməsə də, baş verən hadisəyə görə çox məyus olduğunu qeyd etdi” - Ərdoğanın sözçüsü

21 Sentyabr 2017 [13:45]
ABŞ Prezidenti Donald Tramp Türkiyənin Vaşinqtondakı konsulluğunun önündə baş verən olaylara görə Ərdoğandan üzr istəməyib.

Bu sözləri Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Qalın deyib.

"Tramp üzr istəməsə də, baş verən hadisəyə görə çox məyus olduğunu qeyd etdi”, - Qalın bildirib.

Daha əvvəl Trampın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan sözügedən olaylara görə üzr istəməsi iddia edilib. Ağ Ev isə rəsmi açıqlama yayaraq, Trampın üzr istəmədiyini bildirib.

Xatırladaq ki, Ərdoğan may ayında ABŞ-da səfərdə olan zaman Türkiyə konsulluğunun ətrafında toplaşan bir qrup PKK tərəfdarları prezident və hökumət əleyhinə şüarlar səsləndiriblər. Bu zaman Ərdoğan tərəfdarları ilə onlar arasında qarşıdurma yaşanıb. Olaya türk liderin mühafizəçiləri də müdaxilə edib/Axar.az.


SON XƏBƏRLƏR