Şriftin ölçüsü / 93 dəfə oxunub

Bakıda sərnişin avtobusu yandı - FOTO

13 Sentyabr 2017 [18:08]
Paytaxtın Nizami rayonunda avtobus yanıb.

Hadisə Qara Qarayev metrosu yaxınlığında, Sevinc kinoteatrının qarşısında baş verib. Belə ki, hərəkətdə ola 36 nömrəli marşrut avtobusu qəfildən alışıb. Sərnişinlər dərhal nəqliyyat vasitəsini tərk etdiklərindən, xəsarət alan olmayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Yanğın söndürülüb.
BakuPost.az


SON XƏBƏRLƏR