Qubadlı rayon ictimaiyyəti müraciət yayıb – MƏTN

img

23-08-2017 [16:50]


Qubadlı rayonunun təhsil işçiləri, ziyalıları və məcburi köçkünləri müraciət yayıblar.

Müraciətdə deyilir:
Təəssüflə qeyd edirik ki, son günlər bəzi müxalif qəzet və saytlar qaçqın və məcburi köçkünlər üçün görülən işlərə kölgə salmaq və heçə endirmək məqsədilə böhtan xarakterli yazılar yazmaqla öz çirkin məqsədlərinə nail olmaq istəyirlər. Biz bilirik ki, bütün bunlar ölkədə görülən genişmiqyaslı işləri, xalqa göstərilən qayğını gözü götürməyənlərin, düşmənçilik mövqeyində duranların əməlləridir.

Biz bunları yaxşı görürük və onların diqqətinə çatdırırıq ki, bu ölkədə qaçqın və məcburi köçkünlərin idarəçiliyinin əsasını Ulu Öndər yaradıb və bu gündə möhtərəm cənab Prezident tərəfindən çox yüksək səviyyədə davam etdirilir.Bu gün məcburi köçkünlər üçün dövlətimiz bütün lazımi şəraiti yaradıbdır və hazırda da bu işlər davam edir. Bu yaxınlarda Sumqayıt şəhərində məcburi köçkünlərin məskunlaşdığı yataqxanada ciddi yanğın baş verdi.Bu zaman buradakı məcburi köçkünlərlə bağlı bu yazıları yazanlar yox, dövlət ciddi tədbir gördü və onların köməyinə çatdı.

Bu gün hər hansı bir hadisədən istifadə etməklə məcburi köçkünlər arasında çaxnaşma yaratmaq istəyənlərə və bu ölkəyə düşmən kəsilənlərə isə bildiririk ki, bu çirkin işlərinizdən əl çəkin.

Əgər onlar bu təxribatçı əməllərinə son qoymasalar, onların ciddi cəzalandırılması üçün lazımi orqanlara müraciət edəcəyik.

İsmayılov Sabir Səfəralı o - Əməkdar müəllim
Kərimova Çimnaz Əli q - Əməkdar müəllim
Bayramova Əminə Mədət q - Əməkdar müəllim
Əsədov Ədalət İxtiyar o - "Tərəqqi” medalı
Mikayılov Qadir Kazım o - "Tərəqqi” medalı
Hümbətəliyev Hümbət Umud oğlu - "Tərəqqi” medalı
Həsənov Əvəz Maşallah o - Ağsaqallar şurasının sədri
Həmidov Nəriman Şükür o - Milli Qəhrəmanın atası
Cavadov Əbülfəz Oruc - Rayon sakini (evi yanan)
Yusifov Elməddin Eldar o - Rayon sakini (evi yanan)
Yusifov Elnur Eldar o - Rayon sakini (evi yanan)
və digər məcburu köçkünlər adından



Digər xəbərlər
SON XƏBƏRLƏR