Şriftin ölçüsü / 536 dəfə oxunub

Bakı şəhər Prokurorluğunun müstəntiqi qandallandı - Vəzifə səlahiyyətlərindən sui-istifadə, dələduzluq...

09 Avqust 2017 [14:32]
Bakı şəhər Prokurorluğunun müstəntiqi həbs olunub.

Mia.az bildirir ki, hüquq-mühafizə orqanlarından apa-ya verilən məlumata görə, Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinin böyük müstəntiqi Müşfiq Abbasov barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 178-ci (dələduzluq) maddələr ilə cinayət işi başlanıb. M. Abbasov həmin maddələr üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Onu da qeyd edək ki, M.Abbasov həmin iş üzrə yekun qərarın qəbulunadək vəzifəsindən kənarlaşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya faktı təsdiqləyib.



SON XƏBƏRLƏR