Şriftin ölçüsü / 1793 dəfə oxunub

Oğlu "Galenvagen"lə adam öldürən rəisin yerinə təyinat: Rauf Vəliyevin kirvəsi rəis oldu

07 Avqust 2017 [15:44]
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev qurumda kadr dəyişikliyi edib.

QSC sədri Xəzər Dəniz Neft Donanmasının rəisi İsrail Bayramovu vəzifəsindən uzaqlaşdıraraq şöbələrin birinə rəhbər təyin edib. 

R.Vəliyev Xəzər Dəniz Neft Donanmasının rəisi vəzifəsinə yaxın dostu, kirvəsi olan Qurbanov Taqət Allahqulu oğlunu təyin edib. 

Faktı Unikal.org-a QSC-nin mətbuat xidmətindən də təsdiqləyiblər.

Yeni təyinatın olmasına baxmayaraq nədənsə hələdə XDND-nin rəsmi saytında rəis vəzifəsi İsrail Bayramovun adı gedir.



Qeyd edək ki, İsrail Bayramov bundan əvvəl XDND-nin baş mühəndisi vəzifəsində çalışıb. O, Xəzər Dəniz Neft Donanmasının rəisi vəzifəsinə Mübariz Mədətovdan sonra təyin olunmuşdu.

Xatırladaq ki, 2014-cü ilin mart ayının 15-də Suraxanı rayonunda Abdullayev Vüqar Ağasəlim oğlunun idarə etdiyi "VAZ-2106" markalı avtomobillə Mübariz Mədətovun oğlu Xalid Mədətovun idarə etdiyi "Mercedes-Benz G-55” markalı 90-FE-007 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşub.

Nəticədə "VAZ-2106”da olan sərnişinlər - 1959-cü il təvəllüdlü Briliant Abdullayeva və 2008-ci il təvəllüdlü Ağasəlim Abdullayev hadisə yerində ölüb, 1950-ci il təvəllüdlü, xalq artisti Ağasəlim Abdullayev və 1984-cü il təvəllüdlü Səadət Abdullayeva isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik xəstəxanasına yerləşdiriliblər.

Yol nəqliyyat hadisəsinin Xalid Mədətov tərəfindən törədilməsinə kifayət qədər əsaslı şübhələr olduğundan o, şübhəli şəxs qismində tutulub. X.Mədətov narkoloji tibbi müayinədən keçirilərkən orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olması müəyyən edilib.
unikal.org




SON XƏBƏRLƏR