Şriftin ölçüsü / 475 dəfə oxunub

“Gelandewagen”lə ötüşən polis mayorunun oğlu həbs edildi - Fotolar

06 Avqust 2017 [19:21]
Avqustun 3-də Bakının Heydər Əliyev prospektində dəhşətli qəza ilə nəticələnmiş hadisədən əvvəl "Gelandewagen” markalı avtomobil ilə yarışan 99 FS 777 dövlət nömrə nişanlı "Mazda” avtomobilinin sahibi Mirməhəmməd İsmayılov Nərimanov Rayon Məhkəməsinə aparılıb.

"Report”un xəbərinə görə, hakim Kəmalə Əmirxanovanın sədrliyi ilə keçirilən prosesdə avtoxuliqanlıqda günahlandırılan M.İsmayılov bir ay müddətinə inzibati həbs cəzasına məhkum edilib.

Qeyd edək ki, "Maqa” ləqəbi ilə tanınan M.İsmayılov Bakı şəhəri, Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin sabiq rəis müavini, polis mayoru Əlövsət İsmayılovun oğludur.

Xatırladaq ki, avqustun 3-də baş vermiş hadisə nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.





SON XƏBƏRLƏR