Şriftin ölçüsü / 3482 dəfə oxunub

"İcra başçısı var ki, camaatın arvadını əlindən alıb..." – Partiya sədrindən şok ittiham

12 Iyul 2017 [15:15]

«Prezidentin bu addımını yüksək qiymətləndirirəm. Hesab edirəm ki, hanırlamış məmur balaları və onların ataları barədə sərt tədbirlər davam etdirilməlidir».

Bu fikirləri mia.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev səsləndirib. 

O deyib ki, Novruzəli Orucov Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsindən azad edilməsi yerində atılmış addımdır: 

«Mən uzun illərdir ki, deyirəm ki, məmurlar o qədər harınlayıblar ki, övladları özlərini ölkənin sahibi kimi aparırlar. Gör, bu general oğlu nə qədər qudurub ki, gedib yolun ortasında avtobus sürücüsünü döyür. Orucov Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsində calışır. Soruşmaq lazımdır ki, sənin oğlun hərbi xidmətdə olubmu? Əlbəttə yox. Bu adamlar xalqı talayırlar, eyş-işrət içərisində yaşayırlar. Camaatı da narazı salıb prezidentə qarşı qaldırırlar».

Partiya sədri onu da nəzərə çatdırıb ki, əksər məmurların balaları belədir: 

«İcra başçısı tanıyıram ki, oğlu prokurorluqda işləyir. Gedir restoranda adam döyür, sonra da vəsiqə göstərir ki, prokurorluğun işçisidir. Ona sual verən yoxdur ki, sən kimsən belə özbaşınalıq edirsən? Həmin icra başçısı Almaniyada ermənilərlə şəkir biznes qurub. Bax, bu cür şəxslərə qarşı da tədbir görmək lazımdır. Nəyə görə bu cür adamların üzündə İlham Əliyevə zərər dəyməlidir? Bu gün bahalı maşınlar sürən, qudurğanlıq edənlər kimlərdir? 

Nazirlərin, komitə sədrlərinin övladları, icra başçılarının övladlarıdır. Bu gün sabah seçkilərdir. Bu gedişlə millətdən səs ala bilməyəcəyik. Artıq xalq arasında məlumatlar yayırlar ki, ölkə idarəolunmaz səviyyəyə gəlib çatıb. Rayonlarda vəziyyət daha da krnitikləşib. Məmurlar camaatı saymır. O qədər harınlayıblar ki, camaatın arvadını əlindən alıb çoban yataqlarında saxlayırlar. Belə bir vəziyyətdə seçkiyə də getmək təhlükəlidir. Əgər məmurlar belə bir harınlıq edirərsə, camaatı narazı salırlarsa, o zaman kim bizə etimad göstərər? Təəssüf ki, prezidentin köməkçiləri real vəziyyətlə bağlı məlumat vermirlər. Amma onlar da unutmasınlar ki, biz ölkə başçısına lazımi məlumatları verəcəyik».



SON XƏBƏRLƏR