Şriftin ölçüsü / 141 dəfə oxunub

"Qarabağ"ın fanatları Bakıda metro vaqonunu dağıtdı - FOTOLAR

12 Iyul 2017 [12:38]

Dünən "Qarabağ" Bəhramov adına Respublika stadionunda UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Gürcüstanın "Samtredia" klubuna 5-0 qalib gəldikdən sonra bəzi fanatlar Bakı metrosuna ciddi maddi ziyan vurublar.

Mia.az xəbər verir ki,  bu barədə Bakı Metropolitenin İstimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, dünən Həzi Aslanov - Dərnəgül xəttində 30 saylı marşrut üzrə hərəkət edən, əsas vəzifəsi sərnişin, insan daşımaq olan vaqona "Qarabağ" futbol klubunun oyunundan çıxıb "Gənclik" stansiyasında metroya minən bəzi "azarkeş"ləri zərər vurublar:

"Onlar ictimai istifadədə olan, hamımızın vergisi hesabına formalaşan büdcə vəsaiti hesabına alınan vaqonu bərbad vəziyyətə salıblar. Əllərindəki bayraqların sopaları ilə vaqona və videomüşahidə kamerasına zərər veriblər...".

Faktı təsdiq edən fotoları da təqdim edirik:






SON XƏBƏRLƏR
22:59 21.07.2017
Prezident Rusiyaya getdi