Şriftin ölçüsü / 119 dəfə oxunub

Gürcüstandan Azərbaycana maşın gətirilməsi artıb - Komitə statistikanı açıqladı

19 Iyun 2017 [11:30]
Bu ilin yanvar-may aylarında Gürcüstandan Azərbaycana 14 mln. 406,5 min ABŞ dolları dəyərində 556 ədəd avtomobil gətirilib. 

Bu barədə "APA-Economics" Gürcüstanın Statistika Xidmətinə istinadən məlumat verib.
 
Ölkəyə gətirilən avtomobillərin sayı ötən ilin 5 ayı ilə müqayisədə 336 ədəd və ya 2,53 dəfə çoxdur. Məbləğ baxımından isə bu rəqəm 7 mln. 311,2 min dollar və ya 2,03 dəfə çoxdur.
 
Qeyd edək ki, 2016-cı ilin 5 ayında Gürcüstandan Azərbaycana 7 mln. 095,3 min dollar məbləğində 220 ədəd avtomobil gətirilib.


SON XƏBƏRLƏR