“CBS News” kanalı: "Mançesterdə terror törədən 23 yaşlı Salman Abedidir"

img

23-05-2017 [18:12]


Mançester şəhərində terror aktı törədən şəxsin adı açıqlanıb.

Bu barədə "CBS News" kanalı "Twitter” səhifəsində xəbər yayıb. Həmin şəxsin 23 yaşlı Salman Abedi olduğu bildirilir.

"NBC News" kanalı isə həmin şəxsin bombanı stadiona bel çantasında gətirdiyi barədə məlumat yayıb.

Qeyd edək ki, ötən gün Mançester Arenada amerikalı müğənni Ariana Qrandenin konserti zamanı törədilən partlayışda 22 nəfər həlak olub, 59 nəfər yaralanıb.

Hadisəni törədən şəxs əldədüzəltmə partlayıcınıi işə salıb, özü də hadisə yerində ölüb.

Partlayışa görə İŞİD terror təşkilatı məsuliyyəti öz üzərinə götürüb.

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR