Şriftin ölçüsü / 312 dəfə oxunub

"Gücümü, bacarığımı tam olaraq ortaya qoya bilmədim" - Dünya çempionu Fərid Əzizov

19 May 2017 [22:38]
Kareti üzrə 3 qat dünya çempionu Fərid Əzizovla söhbəti oxuyuclara təqdim edirik:

- Gəlin ən başdan başlayaq Fərid Əzizov kimdir?

- Əvvəla bütün idmansevərləri salamlayıram və sizlərə də öz təşəkkürümü bildirirəm. Bizim Okinava Qocyu-Ryu Karate-Do idman növünə diqqət ayırırsız. Bu suala mən ilk olaraq belə cavab verərdim: Fərid Əzizov sadə bir Azərbaycanlı, Vətənini, millətini sevən bir vətəndaş.

– Bu idman növü ilə nə vaxtdan məşğul olmağa başlamısınız?

- Doğrusu deyim, mənim idmanla ilk tanışlığım hələ uşaq yaşlarından başladı. O zamanlar Azərbaycanda bir populyar idman növü var idi,  o da KARATE-DO. Hər kəs filmlərdə Bruslinin,Vandamın etdiyi hərəkətləri təkrar edirdi. Onların döyüşləri adamı həvəsə gətirirdi ki, insan idmanla məşğul olsun. Hər filmə baxdıqdan sonra evdə valideyinlərimə yalvarırdım ki, mənidə karateyə aparın, mən də onlar kimi olmaq istəyirəm. Demək olar ki, çox yalvarışdan sonda atam da məni karate məşqlərinə yazdırdı. 

İlk müəllimim Rasim müəllim olub. Allah ona rəhmət eləsin. O, ilk məşqlərimi keçib, sonralar bir müddət idmandan uzaqlaşmışdım, amma şükürlər olsun Allaha, məni hamımızın ustad dediyimiz Azərbaycanın fəxri Tarverdi Allahverdiyevlə qarşılaşdırdı. 

İdman sahəsində bu dərəcədə olmağımın iki səbəbkarı var. Onlar da Tarverdi Allahverdiyev və Pərviz Hüseynov. Onların zəhməti sayəsində bu gün dünya çempionu adını qazanmışam.

– İlk beynəlxalq uğurların hansılar oldu?

- Mən profesional idmana başlayanda, mənim üçün çox çətin oldu. Demək olar ki, əvvəl etdiyim məşqlərdən birə beş artıq məşq etməliydim.Çünki ən yaxşını əldə etmək üçün ən yaxşısını etməlisən, bunun üçün də mənə Pərviz Hüseynov köməklik etdi. O, mənə həm məşqçi, həm qardaş, həm də sirdaş oldu, demək olar ki, əlimdən tutub qaldırdı və uşaq kimi nazımla oynadı. Mən bacarmaram dediyim anlarımda belə, mənə "sən bacaracaqsan" dedi.

Uzun sürət məşqlər sayəsində məşqçimin istədiyi formada idim və qarşıda məqsəd Rusya federasiyasında keçriləcək Kempo-Karate və Kobudo növləri üzrə Dünya Çempionatına lisenziya qazanmaq idi. Onu da Allahın izni ilə qazandım və 2016-cı ilin dekabr ayında ilk beynəlxalq yarışımda iştirak etdim və bu yarışın birincisi oldum, vətənə qızıl medalla qayıtdım.

– İdmançının qalib olanda ilk düşündüyü nə olur?

Düzü, ilk düşündüyüm o oldu ki, məşqçilərimin əziyyətini yerə vurmadım və evdə mənim yolumu gözləyən ailəmin övladımın yanına üzüağ qayıdacam. 

– Övladınızın sizin kimi idmançı olmasını istərdinizmi?

- Hansı idmançı istəməz ki, onun övladı böyüyəndə idmançı olmasın, mənim üçün fəxr olar ki, mənim övladım da Azərbaycanın şanlı bayrağını zirvələrə qaldırsın, şanlı himnimizi ən ucada dayanıb səsləndirsin. Mən bununla qürur duyardım.

– Son yarış barədə nə deyə bilərsiniz ?

- Son yarışım 04 – 07 May 2017-ci il tarixlərdə Ukrayna Respublikasının Xarkov şəhərində Kempo Karate və Kabudo üzrə keçirilən Dünya Çempionatı idi.Bu yarışda çox məsuliyyətli və möhtəbər yarışlardan biri idi. Dünyanın hər bir nöqtəsindən bacarıqlı idmançılar gəlmişdi və hər çəkidə öz güclərini sınayırdılar. Gərgin keçən mübarizədə gücümü, bacarığımı tam olaraq ortaya qoya bilmədim. Nəticədə ikinciliklə kifayətlənməli oldum.

Düzdür, idmançı üçün ikinci yerdə uğurdur, lakin mən ikinci yerlə kifayətlənmirəm və bu mübarizədəb daha bir dərs götürdüm. Düşünürəm ki, gələcək il üçün indidən çalışmalara başlamalıyam. Yenidən birinci yer mənim olsun.

– Fərid bəy, gələcəkdə hansı yarışa hazırlaşırsınız?

- Bu il bir neçə mötəbər yarışa lisenziya qazanmışam və hal-hazırda yeni yarışdan qayıtsam da, Kempo Karate və Kabudo növləri üzrə avqust ayında keçriləcək Avropa çempionatına hazırlaşıram. Lakin məlumat üçün deyə bilərəm ki, iyun ayının 23-25 i ölkəmizə Okinava karate məktəbinin baş təlimatçısı Sensey Nakamura Tetsuji təşrif buyuracaq. Mən də onun seminarında iştirak etməyə ondan dərs almağa dəvət almışam, düşünürəm ki, Nakamura Tetsujinin Azərbaycana gəlişi bizim ölkəmizdə olan karatenin inkişafına yeni bir təkan verəcək və bu da Azərbaycan Okinava Qocyu-Ryu Karate-Do və Kobudo Növləri Federasiyasın uğurudur. Onu Azərbaycana dəvət etdiyinə görə, Azərbaycan Okinava Qocyu-Ryu Karate-Do və Kobudo Növləri Federasiyasının prezidenti Tarverdi Allahverdiyevə öz təşəkkürlərimi bildirirəm. 

Mia.az


SON XƏBƏRLƏR