Şriftin ölçüsü / 854 dəfə oxunub

Putin Ərdoğana belə zarafat etdi: "Səninkilər işləmək istəmirlər” - VİDEO

03 May 2017 [19:57]
Rusiya və Türkiyə prezidentlərinin Soçidə başlayan görüşündə maraqlı anlar yaşanıb.

RİA Novosti xəbər verir ki, liderlər Rusiya prezidentinin «Boçarev ruçey” iqamətgahının danışıqların keçiriləcəyi zalına daxil olarkən Türkiyə nümayəndə heyətində olanlardan bir neçəsi xeyli müddət onlar üçün ayrılmış yerləri tapa bilməyib.

Harada əyləşəcəklərinə qərar verə bilmədiklərindən prezidentlər söhbətə başlamaq üçün onları gözləməli olublar. 

Vladimir Putin isə yaranmış vəziyyətə yumorla müdaxilə edib və "səninkilər işləmək istəmirlər”, - deyə həmkarı Ərdoğanla zarafatlaşıb.




SON XƏBƏRLƏR