“Elba 999” MMC-yə məxsus tonlarla mənşəyi bilinməyən ət dönərxanalara verilirmiş? - İlginc faktlar

img

27-04-2017 [18:29]


Daxili İşlər Nazirliyinin (DİN) Daşkəsən rayon polis şöbəsinin əməkdaşları Daşkəsən rayonu ərazisində mənşəyi bəlli olmayan tonlarla ət aşkarlayıblar. Ətin Daşkəsən, Gəncə və Bakıda fəaliyyət göstərən "Elba 999” MMC-yə məxsus olduğu dəqiqləşdirilib.

Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli virtualaz.org saytına bu barədə bildirib.

"Gəncə şəhər sakini 60 yaşlı Namiq Əliyevin idarə etdiyi "Hyundai” markalı yük avtomobili saxlanılıb. Polis əməkdaşları tərəfindən sürücü Namiq Əliyevə məxsus maşında 1000 kiloqram mənşəyini təsdiq edən sənədləri olmayan ət aşkarlanıb. Ətin "Elba 999” MMC-yə aid olduğu bəlli olub”,-Y.Xanvəli deyib.

Bundan sonra MMC-nin 2 saylı kamerasında 2 baş heyvana məxsus baş-ayaq aşkarlanıb, 1 saylı kamerada isə hər biri 20 kliqram olmaqla 260 qutu ət olub. Ümumilikdə 5 min 680 kiloqram sümükdən ayrılmış ət aşkarlanıb. Bundan əlavə, 360 kloqram iç piyi olub. Kameralardakı ətin sağlamlığını, haradan alındığını təsdiqləyən sənədlər olmayıb. "Daşkəsən rayon baytarlıq xidmətinə sexin fəaliyyətinin dayandırılması ilə bağlı məlumat verilib. Mətbuatda ətin baytarlar tərəfindən yoxlanılması və ya baytar həkimlərin MMC ilə əlaqələrini əks etdirən iddiaların əsası yoxdur. Həmin sex gizli fəaliyyət göstərib”, -Y.Xanvəli əlavə edib.

Ətdən götürülən nümunələr Respublika Baytarlıq laboratoriyasına təqdim edilib. Hazırda araşdırmalar davam edir.

Virtualaz.org saytı "Elba 999”  MMM ilə əlaqə saxlayıb. MMC-nin adını söyləməyə əməkdaşı sualı aqressiv qarşılayıb. "Bu halal şirkətdir və halal işlə məşğul olur. Şirkətə məxsus ətə murdar deyilməsinə icazə vermirik. Yalnız 500 kiloqram ət var ki, sual doğurur və tezliklə həmin ətin də mənşəyini sübut edəcəyik. Bu nə danışıqdır? Murdar ət nə deməkdir? Ayıb olsun sizə”-şirkətin telefon zəngimizə cavab verən qadın əməkdaşı qəzəblə bildird.

Qeyd edək ki, Daşkəsən, Gəncə və Bakıda şirkətə məxsus Haus dönərxana şəbəkəsi fəaliyyət göstərir. "Hər dönəri yeməyin, yalnız bizim halal dönərlərdən tələb edin”, -şirkətin reklamlarında belə deyilir. Şirkətin anbarında tonlarla yararsız ətin aşkarlanması barədə xəbəri musavat.com yaymışdı. Məlumatda tapılan ətin at-eşşək və ölmüş mal-qara ətləri olduğu iddia edilirdi.

Sayt yazırdı ki, Bakıda Kənd Təsərrüfatə Nazirliyinin təşkil etdiyi yarmarkalara "Elba” MMC-nin dəstəyi və yaxından iştirakı ilə mənşəyi məlum olmayan ət göndərilir. İddialarda "Elba 999” MMC-nin sahibi Elçin Rüstəmov da istintaqa cəlb edildiyi yer alıb.  Şirkətdən bu iddiaya cavab verməyiblər.

Samuş quşçuluq, Gədəbəy məhsulları: süd emalı zavodu və kartof anbarı, Daşkəsən kəsim və Gəncə kəsim də "Elba 999" MMC-yə məxsusdur.

Virtualaz.org


Digər xəbərlər
SON XƏBƏRLƏR