"Hüquq-mühafizə orqanlarından xahiş edərdim ki,..." - Partiya sədri məmurlara cəza istəyir

img

24-04-2017 [17:01]


Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürovun övladına 400 min dollarlıq toy etməsi məsələsi Son günlər mətbuatın əsas gündəm mövzusuna çevrilib. İdarə rəisinin qızının bu qədər pulla baş tutan toy mərasimi ölkə ictimaiyyətində  birmənalı qarşılanmayıb. Fantastik məbləğ hesabına baş tutan toy mərasimi şübhəli sualların meydana gəlməsinə yol açıb.

Məsələ ilə əlaqədar Kanal15.tv-yə açıqlama verən  Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib ki, hündürmərtəbəli binalarda lift sisteminin normal işləmədiyi bir zamanda lift idarəsinin rəisinin bu qədər pulla toy etməsi özbaşınalıq və cinayətdir: "Siz təsəvvür edin, bir lift idarəsinin müdiri övladına 400 min dollarlıq toy edirsə, görün bu ölkəni bunun kimi məmurlar hansı vəziyyətə salıb. Liftlər yaxşı işləmir. Kommunal sahədə çox bərbad bir vəziyyət yaranıb. Bəziləri binadan aşağı düşmək istəyəndə özünü elə 9-cu mərtəbədən atır. Yoxlamaq lazımdır ki, 550 manat maaş alan bir məmur bu qədər pulu, var-dövləti hardan gətirib. Deməli, bu insan o qədər oğru və cinayətkardır ki, millətin cibinə girməklə, dövlətin büdcəsini talamaqla bu var-dövlətə sahib olub”.

H.Hacıyev Lift İdarəsinin müdiri Qüdrət Şükürovu tanımıadığını və tanımaq istəmədiyini bildirib: "Bu məmurlar bu cür cinayətkarlıqla milləti qıcıqlandırmaq istəyirlər. Bu cür insanlara qarşı çox təəssüflər olsun ki, hüquq-mühafizə orqanları nədənsə susqunluq nümayiş etdirir. Q.Şükürov layiqli cəzasını almayınca, o biri məmurlar da ona baxıb dövlət büdcəsini talan etməkdə davam edəcəklər”.

Partiya sədri xahiş edib: "Hüquq-mühafizə orqanlarından xahiş edərdim ki, bu cür məsələlərin qarşısını alsınlar. Xırda işlərlə məşğul olmasınlar”.

Digər xəbərlər
SON XƏBƏRLƏR