Hakimə kobud cavab verdi deyə, həbs olundu - Məhkəmədə ilginc olay

img

24-04-2017 [13:43]


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Möhkəm Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
 
APA-nın xəbərinə görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Nəsimi Hüseynov ifadə verib.
 
O, hakimin suallarına kobud cavab verdiyi və məhkəməyə dəfələrlə çağırılmasına baxmayaraq gəlmədiyi üçün barəsində 48 saatlıq həbs cəzası seçilib.
 
Hakim şahidin davranışını məhkəməyə qarşı hörmətsizlik kimi qiymətləndirib.
 
Məhkəməyə Nəsimi rayon Polis İdarəsinin əməkdaşları dəvət edilib və Nəsimi Hüseynov həbs edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR