Əri döydü, bətnindəki 7 aylıq körpə öldü - Şirvanda dəhşətli hadisə

img

23-04-2017 [14:40]


Şirvan sakini, 1988-ci il Mədətov Elşad Nazim oğlu 7 aylıq hamilə olan həyat yoldaşı, 1996-cı il təvəllüdlü Ülviyyə Kərimovanı döyərək ona ağır xəsarətlər yetirib.

Mia.az-ın APA-ya istinadən məlumatına görə, Ü. Kərimova Şirvan doğum evinə çatdırılıb. Vaxtından qabaq və xəsarətlərlə doğulan uşaq 10 dəqiqə sonra ölüb. Uşağın meyiti Şirvan Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya mərkəzinə müayinə olunmaq üçün təhvil verilib.

Ü. Kərimovanın yaxın qohumlarının bildirdiyinə görə, o, əri tərəfindən mütəmadi olaraq işgəncələrə məruz qalıb.

Hazırda Elşad Mədətov baş verənlər barədə polisə ifadə verir. Onun polis tərəfindən saxlanılacağı gözlənilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.



Digər xəbərlər
SON XƏBƏRLƏR