Şriftin ölçüsü / 194 dəfə oxunub

Milli Şuranın mitinqi təxirə salınıb - AXCP İcra Hakimiyyətinə müraciət edib

21 Aprel 2017 [17:24]
Milli Şuranın aprelin 22-nə təyin olunmuş mitinqi təxirə salınıb.
 
Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) APA-ya verilən məlumata görə, AXCP Gənclər Təşkilatının sədri İlham Hüseyn BŞİH-ə müraciət edərək aksiyanın keçirilməyəcəyini bildirib.  
 
Qeyd edək ki, Milli Şura aprelin 22-də keçmiş "Məhsul" stadionunda mitinq keçirilməsinə razılıq verilməsi üçün bir neçə gün əvvəl BŞİH-ə müraciət edib. BŞİH aprelin 19-da müraciəti cavablandıraraq, aksiyanın keçirilməsinə razılıq verib.


SON XƏBƏRLƏR