Şriftin ölçüsü / 402 dəfə oxunub

Buraxılış imtahanlarında bu dəyişikliklər ediləcək - DİM sədri açıqladı

20 Aprel 2017 [17:40]
"2014-cü ildən ümumi təklifimiz bundan ibarətdir ki, buraxılış imtahanları fənlərinin sayını artıraq. Yəqin ki, bu il və gələn il şagirdlər üçün buraxılış imtahanlarında hər hansı dəyişiklik olmayacaq. Builki qaydalar artıq məlumdur, gələn il də elə bir dəyişiklik gözlənilmir. Əsas dəyişikliklər - fənlərin sayı və imtahanların formatı ilə bağlı dəyişikliklər yalnız hazırda kurrikulum əsasında təhsil alan və iki ildən sonra XI sinifdə oxuyacaq şagirdlərə tətbiq ediləcək”.

APA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, hazırda rus bölməsinin abituriyentləri XI sinfi bitirdikdən sonra ali məktəbə qəbul olmaq üçün öncə "Azərbaycan dili” fənnindən imtahan verirlər. Təhsil Nazirliyi tərəfindən 3 ay öncə Dövlət İmtahan Mərkəzinə təklif daxil olub ki, IX sinifdə təhsil alan rus bölməsinin şagirdləri üçün də "Azərbaycan dili” fənni buraxılış imtahanları fənlərinin siyahısına daxil edilsin. M. Abbaszadə vurğulayıb ki, hazırda bu istiqamətdə iş aparılır: "IX siniflər üzrə buraxılış imtahanlarına "Xarici dil” fənninin daxil edilməsi hələ 2014-cü ildən müzakirə edilir. Həmin ildən Təhsil Nazirliyinin təklifi əsasında "Xarici dil” fənni XI siniflər üzrə buraxılış imtahanlarına daxil olunub. O zaman nəticə xoşagələn deyildi. Ona görə də IX siniflərdə bunun tətbiqini dayandırmışdıq. Bu il Təhsil Nazirliyi tərəfindən bu təklif yenidən verilsə, biz "Xarici dil” fənnini IX siniflər üzrə buraxılış imtahanı fənlərinin sırasına daxil edəcəyik”.



SON XƏBƏRLƏR