“Həmsədrlər “Aprel döyüşləri”nin təkrarlanmasından qorxurlar” - Politoloq

img

28-03-2017 [12:15]


ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar masasında bir sıra ağlabatan planların olması barədə açıqlama ilə çıxış edib. Ancaq amerikalı həmsədr planın detallarını açıqlamır.

Mia.az xəbər verir ki, Riçard Hoqlandın səsləndirdiyi fikirlərlə bağlı Unikal.org-a şərh edən Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, bu tip açıqlamalar cəbhədə vəziyyətin gərginləşəcəyi qorxusundan qaynaqlanır: 

"Həmsədrin bəhs etdiyi planlar tərəflərlə razılaşdırılmayıb. Azərbaycan haqlı olaraq münqaişənin mərhələli şəkildə həllini tələb edir. Yəni, əvvəlcə Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılmalı, məcburi köçkünlər geri qayıtmalıdır. Bundan sonra status müzakirələri başlaya bilər. Ermənistan isə Azərbaycanın Dağlıq Qarabağın statusu ilə bağlı mövqeyini bildirəcəyi halda rayonları boşaltmağa hazır olduğunu bəyan edir. Buna da biz gedə bilmərik. Belə prinsipial məqam hələ də ortadan qaldırılmayıb. Həmsədrlər bu məsələni həll etməyib”.

Politoloq həmsədrlərin sonuncu səfəri ilə bağlı da danışıb. Onun sözlərinə görə, həmsədrlərin turistik səfərlərinin heç bir əhəmiyyəti yoxdur: 

"Sonuncu səfər tərəfləri sakitləşdirmək məqsədi daşıyır. Apreldə və sonrakı aylarda cəbhə bölgəsində vəziyyətin gərginləşəcəyindən qorxurlar. Ona görə də "3 mərhələli plan var” deyə sakitləşdirici açıqlamalar verirlər. Özləri də konkretliyə getmirlər. Bəzən diplomatlar deyirlər ki, məsələnin 95 faizi razılaşdırılıb. Bu, bəlkə də belədir. Amma bütün prinsipial məsələ məhz, o həll olunmayan 5 faizdə cəmləşir. 

Məsələnin həlli yolu da bəlldir. Ermənistan hakimiyyətinə təsir edib, Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasını sürətləndirmək lazımdır. Hələ ki həmsədrlər bunu həyata keçirmirlər”.


Digər xəbərlər
SON XƏBƏRLƏR