Şriftin ölçüsü / 236 dəfə oxunub

Bu gün sizi nələr gözləyir? - BÜRCLƏR

18 Mart 2017 [00:07]
Qoç - astagəllik edərək ətalətli olmasanız, uğur əldə edə bilərsiniz. Bu gün qətiyyətli və fəal olun. Yerinizdə saysanız, çoxdan bəri unutmalı olduğunuz fikirlərə təkrarən qayıdacaqsınız.

Buğa - qarşılıqlı anlaşma, sizə əziz insanla xoş ünsiyyət vaxtıdır. Çoxdan bəri rəğbət bəslədiyiniz insan sizi sevindirəcək. Gəlir əldə edə bilərsiniz. Ətrafınızda baş verənləri diqqətlə izləyir. Sayıq və fəndgir olun.

Əkizlər - dostlardan biri yardım üçün müraciət edərsə, ona ehtiyac duyduğu məbləği verin və məsləhətinizi əsirgəməyin. Sizə çoxlu müraciətlər olacaq. Şəxsi həyatda ailə münasibətləri normal, harmonikdir.

Xərçəng - yaranmış situasiyanı dəyərləndirmək, planlara dəyişikliklər və düzəlişlər etmək üçün pis gün deyil. Məntiqli məsləhətlərə qulaq asın. Yaşananlardan nəticə çıxarın.

Şir - əvvəl başlanmış işlərin başa vurulması və nəticələrin nəzərdən keçirilməsi üçün sakit, əlverişli gündür. Harasa tələsməyin.

Qız - paltar, elektrik əşyalar, habelə interyer üçün dekorativ əşyalar almaq olar. Dostların yanında istirahət etmək üçün yaxşı gündür. Romantik görüş isə təsəvvür etdiyiniz, planlaşdırdığınız kimi olmayacaq.

Tərəzi - maraqlı kəşflər mümkündür: çox yaxşı tanıdığınız insan sürpriz edə bilər və ona yaxşı bələd olmadığınızı anlayacaqsınız. Yeni tanışlıq və hətta dostluğun yaranması istisna deyil.

Əqrəb - gün ərzində ekstraordinar, adi axarın məcrasından çıxacaq heç bir hadisə baş verməyəcək. Arzularınızdan birinin reallaşmasına çox az qalıb. Bir qədər dözün, səbr edin.

Oxatan - əlverişli şəraitdən və vaxtdan istifadə edərək maraqlı insanla tanış ola bilərsiniz. Aza qane olun, tamahınıza əsir olmayın.

Oğlaq - bu gün sizə yardım etməyə başlayan insanlar hələ uzun müddət sizə müttəfiq olaraq qalacaqlar. Sayıq olun, ətrafınızda olanların davranışlarına, yaşanan hadisələrin axarına fikir verin. Sərvaxtlığı əldən verməyin.

Dolça - hələlik kiçik uğurlarla kifayətlənin. Lazımi istiqamətdə addım-addım, tələsmədən irəliləyin. Tələskənliyə yol verməyin, amma astagəllik də etməyin.

Balıqlar - ümumilikdə pis gün olmayacaq və onu xoş keçirmək sizin əlinizdədir. Qarşınıza çox çətin, mürəkkəb, nail olunması müşkül məqsədlər qoymayın.


SON XƏBƏRLƏR