Türkiyə və yunan gəmiləri yenə üz-üzə gəldi – Kardak adası ilə bağlı daha bir gərginlik

img

21-02-2017 [23:44]


Türkiyə-Yunanıstan arasında mübahisə mövzusu olan Kardak qayalıqları ətrafında yenidən gərgin anlar yaşanıb.

Bu dəfə yunan və türk gəmiləri qayalıqlar ətrafında üz-üzə gəlib.

Belə ki, yerli vaxtla 18:30 radələrində yunan gəmisi Kardak qayalığına yaxınlaşıb. Bu an türk gəmisi yunan tərəfinin önünü kəsib.

Bir müddət eyni vəziyyətdə qalan gəmiləri Türkiyənin Sahil Təhlükəsizlik Xidmətinin kateri ayırıb.

Bundan sonra türk gəmisi Bodrum istiqamətinə, qarşı tərəfin gəmisi isə Yunanıstan sularına qayıdıb.

Axar.az

Digər xəbərlər
SON XƏBƏRLƏR