Erməni silahlı bölmələri Ağdamda sakinlərə atəş açdı - Ordumuz sərt cavab verdi

img

21-02-2017 [13:38]


Erməni silahlı bölmələri Ağdam rayonunda dinc sakinləri atəşə tutub.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, ötən gün axşam saatlarında Ağdamın Ayaq Qərvənd kəndinin otlaq sahələrində çobanlar atəşə məruz qalıblar. Çobanlar atəşdən yayına bilsələr də, kənd sakini Mehman Məmmədova məxsus iki qoyun tələf olub.

Azərbaycan Ordusunun cavab atəşindən sonra düşmən susdurulub, çobanlar ərazidən uzaqlaşıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR