Lavrova sual verən "Lider"in əməkdaşının işdən çıxarılmasına politoloqdan sərt - Reaksiya

img

21-01-2017 [20:29]


"Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun təqdimatı ilə "Lider TV"nin Moskvadakı əməkdaşı Anar Həsənovun Rusiyanın xarici işlər naziri Sergey Lavrova verdiyi suala görə işdən çıxarılması xəbəri doğrudursa, buna ancaq təəssüf etmək qalır". 

Mia.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, səhv sual olmur, səhv cavab olur:

"Anar Həsənov sualı ilə Lavrovun Dağlıq Qarabağ münaqişəsinin həlli haqqında nə düşündüyünü açıq şəkildə ortaya qoydu və buna görə əslində Anar Həsənova minnətdar olmaq lazımdır. Guya Anar o sualı verməsəydi, Lavrov Dağlıq Qarabağ məsələsində fərqli mövqe tutacaqdı? 

Lavrova sual verən azərbaycanlı jurnalist işdən qovuldu - eksklüziv
ANAR HƏSƏNOV

Aydındır ki, Lavrov Qarabağ məsələsi ilə bağlı qapalı görüşlərdə məhz Anara verdiyi cavab konteksində çıxışlar edir, sadəcə bizim bundan xəbərimiz olmayıb. Anarın sualı bizə imkan verdi ki, Lavrovun qapalı görüşlərdə nə dediyini bilək. Anarın məhz həmin suala görə işdən çıxarılması xəbəri təsdiqlənərsə, bu, Rusiyadan və ermənipərəst Lavrovdan necə çəkindiyimizi ortaya qoyacaq. 

Təki bu xəbər təsdiqini tapmasın. Pis nüminədir. Çünki, Anar Həsənov olayı televiziyaların o biri jurnalistlərini son dərəcədə ehtiyatlı olmağa, xarici ölkə rəsmilərinə Qarabağla bağlı prinsipial suallar verməkdən çəkindirəcək".

Mia.az



Digər xəbərlər
SON XƏBƏRLƏR